Türkiyədə MEŞƏ YANĞINIbackend

Türkiyədə MEŞƏ YANĞINI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Osmaniye şəhərinin Çamiçi mahalı sərhədlərində səhər saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib. 

NOCOMMENT.az  “Cumhuriyet”ə istinadla xəbər verir ki, tüstünü görən məhəllə sakinləri Meşə Təsərrüfatı Müdirliyinə və jandarmaya xəbər veriblər. Hadisə yerinə sövq edilən qruplar qısa müddətdə əraziyə çatıb.

Yanğının söndürülməsinə 5 ədəd çiləyici, tikinti texnikası və helikopter cəlb edilib. Havadan və qurudan edilən müdaxilə ilə yanğın böyümədən 1 saat ərzində nəzarət altına alınıb və soyutma işlərinə başlanılıb.

Təxminən bir hektar qırmızı şam meşəsinə ziyan vuran yanğınla bağlı araşdırma başladılıb.

NOCOMMENT