Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə edən şəxs həbs edilibbackend

Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə edən şəxs həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) MOSSAD-a qarşı əməliyyat keçirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, belə ki, Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə etdiyi iddia edilən kosovalı Liridon Rexhepi həbs edilib.

Saxlanılan şəxs Türkiyədə İsrailin Kəşfiyyat Xidmətinin göstərişi ilə dron çəkilişi edən, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsində məlumatlar toplayan şəxslərə pul köçürürmüş.