Türkiyədə 43 milyon şəxs bankalara borcludur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Bankalar Birliyi Risk Mərkəzi məlumat yayıb.
Məlumata görə, təxminən 43 milyon Türkiyə vətəndaşı fərdi kredit borcuna sahibdir.
Adambaşına düşən orta borc artaraq 123,124 TL (4949 manat) olub.
Qeyd edək ki, iqtisadçılar deyirlər ki, aşağı gəlir və artan həyat xərcləri vətəndaşları gündəlik ehtiyaclarını kreditlə qarşılamağa məcbur edir – bu isə “borc” vəziyyətini riskli həddə çatdırır.









