Türkiyədə təyyarə qəzasının ANBAAN VİDEOsubackend

Türkiyədə təyyarə qəzasının ANBAAN VİDEOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

NOCOMMENT.az BAKU.WS -ə istinadən xəbər verir ki, bir nəfər həlak olduğu hadisənin görüntüləri yayılıb.

Görüntülərdə havada olan təyyarənin sürətlə yerə düşdüyü anlar əks olunub.

Ölkənin Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.

Xatırladaq ki, səbəbi hələ bəlli olmayan qəza Türkiyə Silahlı Qüvvələrinin Konyadakı üçüncü əsas Jet bazasında baş verib. Təyyarə qəzaya uğramazdan əvvəl pilotun paraşütlə tullandığı bildirilir.

Hadisənin baş verdiyi bölgəyə çox sayda sağlamlıq işçiləri və xilasedicilər cəlb olunub.

Görüntüləri təqdim edirik: