Türkiyədəki vətəndaşlarımızdan biri ilə əlaqə saxlaya bilmirikbackend

Türkiyədəki vətəndaşlarımızdan biri ilə əlaqə saxlaya bilmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Türkiyədə zəlzələ bölgəsində italyanlarla əlaqə saxladıqlarını, lakin 1 italiyalıya çata bilmədiklərini açıqladı.

NOCOMMENT xəbər verir ki, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra başladılan axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Antonio Tajani öz Twitter hesabında İtaliya Xarici İşlər Nazirliyinin böhran bölməsinin zəlzələ bölgəsində italyanlarla əlaqə saxladığını bildirib. Nazir Tajani iş səbəbiylə Türkiyədə olan bir italiyalıya çata bilmədiklərini və axtarışlarını davam etdirdiklərini bildirdi.