Türkiyəli astronavtın dönüşü təxirə salınıbbackend

Türkiyəli astronavtın dönüşü təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Dragon Kosmik gəmisi və Axiom-3 (Ax-3) heyətinin Yerə dönüşü Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb.

NOCOMMENT xəbər verir ki, SpaceX özünün X sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama yayıb.

Açıqlamada, Dragon və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da bildirilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.