Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdıbbackend

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 19-da başlayan kosmos missiyasını uğurla başa vuraraq, dünən Yerə qayıdıb.

NOCOMMENT xəbər verir ki, yanvarın 19-da ölkə daxilində başlayan kosmos həyəcanı dünən yenidən pik həddə çatıb. Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandasını daşıyan SpaceX-in Dragon kapsulu dünən ABŞ-ın Florida ştatı sahillərində okeana endi.

Fevralın 7-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılan və 4 ölkədən 4 astronavtı daşıyan Dragon kapsulunun Yerə qayıtması 47 saat çəkdi.

Okeana eniş etdikdən sonra Gezeravcı və onu müşayiət edən astronavtların sağlamlıqları yoxlanılıb.

Sağlamlıqlarının yaxşı olduğu bildirilən astronavtların gəmidən vertolyotla hava limanına, oradan isə təyyarə ilə Hyustona aparıldığı bildirilib. Gezeravcı və digər astronavtların kosmos səyahətindən sonra Yer kürəsinə uyğunlaşmasını təmin etmək üçün Hyustonda bir neçə gün dincələcəkləri bildirilib.