Türkiyəli astronavtın Yerə qayıdacağı TARİXbackend

Türkiyəli astronavtın Yerə qayıdacağı TARİX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ilk astronavtı Alper Gezeravcının içində olduğu “Dragon” Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının yerli vaxtla 18:05-də Yer kürəsinə qayıdışı planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “SpaceX” sosial media platformasında bəyanat yayıb.

Atmosferə girdikdən sonra sürtünmə səbəbindən yavaşlayacaq Dragon kapsulu paraşütlər açıldıqdan sonra yerə enəcək.

Planlaşdırılan enişin ABŞ-nin Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən 7 potensial eniş nöqtəsindən birində həyata keçiriləcəyi gözlənilir.