Türkiyəli iş adamının 2 223 manat vergi borcuna görə Azərbaycandan çıxışına “stop” qoyulurbackend

Türkiyəli iş adamının 2 223 manat vergi borcuna görə Azərbaycandan çıxışına “stop” qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“As Design Pərdə” MMC-nin qanuni təmsilçisi, Türkiyə vətəndaşı Ebubekir Guner məhkəməyə verilib.

NOCOMMENT.az-ın xəbərinə görə, E.Gunerlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında  Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyəti xususi icraat – vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır. İş hakim Kənan Hüseynovun icraatındadır. Baxış iclası noyabrın 1-də keçiriləcək.

Qeyd: MMC-nin vergi borcu 2 223 manatdır.\\Pravda.az