Türkiyənin 3 bölgəsində meşə yanğınları davam edirbackend

Türkiyənin 3 bölgəsində meşə yanğınları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana, Bingöl və Kırşehir vilayətlərində başlayan meşə yanğınları davam edir.

NOCOMMENT.az xəbər verir ki, ekipajlar yanğınları idarə etmək üçün havadan və qurudan müdaxilələrini davam etdirir.

Adananın mərkəzi Sarıçam rayonunda baş verən meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.

Buundan başqa Maltəpə Məhəlləsi çölündəki meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə 2 təyyarə, 3 helikopter və 15 su çiləyicisi bölgəyə istiqamətləndirilib.

Bingölün Genç mahalında meşə sahəsindəki yanğına da hava və qurudan müdaxilə edilir.

NOCOMMENT.AZ