Türkiyənin beşinci nəsil döyüş təyyarəsi – Görünməzlik xüsusiyyətibackend

Türkiyənin beşinci nəsil döyüş təyyarəsi – Görünməzlik xüsusiyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk uçuşunu uğurla həyata keçirən Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan” üçün yeni işlərə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Elmi və Texnoloji Araşdırmalar Qurumu təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyəcək.

Həmçinin “Kaan”dakı bütün elektron sistemlərin bir-biri ilə uyğunluğunu ölçən və təhlil edən test sistemi hazırlanacaq. Eyni zamanda radarda görünməzlik xüsusiyyəti vermək üçün elektromaqnit modelləşdirilməsi və optimallaşdırılması, proqram təminatı kimi işlər həyata keçiriləcək.

Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. Ölkənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.