Türkiyənin ilk astronavtı kosmosdan nə vaxt geri dönəcək?backend

Türkiyənin ilk astronavtı kosmosdan nə vaxt geri dönəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ilk astronavtı Alper Gezeravcının fevralın 2-də kosmosdan dönəcəyi gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, “TurkicWorld”ün məlumatına görə, Gezeravcı Axiom Space mərkəzinə bağlanaraq kosmosdakı işlərini şərh edib. O bildirib ki, Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələrini davam etdirir.

Bir neçəsini ümumiləşdirmək üçün biz, kosmik uçuşlar üçün alternativ həyat dəstəyi sistemi üzərində işləyirik. Bu çərçivədə mikroyosunlardan faydalanmaq üçün bir test sistemi qurduq. Həmçinin biz insan anatomiyası üzrə də tədqiqatlar aparırıq. Mikroqravitasiya mühitinin insan orqanizminə müsbət və ya mənfi təsirlərini sınaqdan keçiririk. Təcrübələrə çox həvəs göstəririk”,- deyə astronavt əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı yanvarın 19-da Türkiyə saatı ilə 00:49-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyada qalma müddəti 14 gün nəzərdə tutulub.