Türkiyənin Muğla vilayətində meşə yanğınları başladıbackend

Türkiyənin Muğla vilayətində meşə yanğınları başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla vilayətinin Köyceğiz rayonunda bir neçə nöqtədə yenidən meşə yanğınları baş verib. Hələlik yanğınların dəqiq məkanı, əhatə dairəsi və səbəbləri barədə müfəssəl məlumat yoxdur.

NOCOMMENT.az “Bizim.Media”a istinadla xəbər verir ki, hazırda yanğın yerlərinə təyyarələrlə su tökülür.

Qeyd edək ki, Köyceğiz rayonu iyunun 28-dən Türkiyədə baş verən təhlükəli meşə yanğınların tüğyan etdiyi bölgə olub. İyulun 31-dən başlayaraq Azərbaycan yanğınsöndürənləri bu bölgədə alovlara qarşı qətiyyətli mübarizə aparıb meşələri yanğından xilas ediblər.