Türkiyənin Şuşada konsulluq açmasına Rusiyadan REAKSİYAbackend

Türkiyənin Şuşada konsulluq açmasına Rusiyadan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin Şuşada konsulluq açması ilə bağlı planlarına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, gündəlik brifinq zamanı danışıb.

Zaxarova deyib ki, Şuşada Türkiyə konsulluğunun açılması Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusudur.

“Konsulluğun açılması məsələləri, harada olur, olsun, xüsusən Şuşada, Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusu olaraq qalır. Bu, iki suveren dövlətin səlahiyyətində olan məsələdir”, deyə Rusiya XİN sözçüsü bildirib.