Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub – YENİLƏNİBbackend

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,  bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.

“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, – nazir qeyd edib.

***
22:22

Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:

“Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ədəd AT802 yanğınsöndürmə təyyarəsi texniki baxış üçün Xorvatiyanın Zaqreb şəhərinə gedərkən əlverişsiz hava şəraiti səbəbindən Reyka hava limanına yönəlib.

Təyyarələrdən biri təhlükəsiz eniş edib, lakin digəri ilə 18:25-də radio əlaqəsi kəsilib. İtkin düşən təyyarə və pilotun tapılması üçün Xorvatiya rəsmiləri ilə birgə axtarış-xilasetmə işlərinə başlanılıb”-deyə nazirlikdən bildirilib.