“Twitter qadağan edilə bilər” mesajıbackend

“Twitter qadağan edilə bilər” mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Rəqəmsallaşdırma və Telekommunikasiya naziri Jan-Noel Barrot, Twitter-in qaydalardan qaçdığı təqdirdə ölkədə qadağan ediləcəyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Barrot, Twitter-in dezinformasiya ilə mübarizə üçün Avropa İttifaqının (Aİ) hazırladığı məcburi olmayan təcrübə qaydalarından çıxması ilə bağlı açıqlama verib.

Qaydaları pozmağa davam edərsə, Twitter-in ölkədə qadağan ediləcəyini bildirən Barrot, “Twitter ictimai müzakirələrdə mühüm rol oynayır, lakin Twitter kimi bir sosial şəbəkənin dezinformasiya tərəfdarlarının bizə təsir etməsinə imkan verməsi riskini göz önünə almırıq” deyib.

Fransalı nazir, ChatGPT kimi süni intellekt proqramları üçün Avropada hüquqi tənzimləmələr çərçivəsində istifadəsini məhdudlaşdıran çərçivənin müəyyən edilməsi lazım olduğuna diqqət çəkib. Bu cür texnologiyaların ciddi sanksiyalara məruz qalaraq tamamilə istisna edilməməsi lazım olduğunu şərh edən Barrot, “Bu süni intellekt modelləri özümüzü geridə qoymamalı olduğumuz çılğın yarışın mövzusudur” deyib.

Barrot qeyd edib ki, Avropa süni intellekt proqramlarına sərmayə qoymalıdır.