Ucarda ağır qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişibbackend

Ucarda ağır qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl Ucarda qəzada ağır xəsarət alan yaralı bu gün dünyasını dəyişib.

Bu barədə NOCOMMENT.az-ın yerli bürosuna Ucar rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumatda bildirilir ki,31.12.2025-ci il saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən və 1964-cü il təvəllüdlü Mahmudova Xatirə Əmrah qızı (qadın) pasiyentin müalicəsi Reaninasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.01.2026-cı il tarixində saat 07:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.