Ucarda dəhşətli qəza: yük avtomobili aşdı – Xəsarət alanlar var – FOTObackend

Ucarda dəhşətli qəza: yük avtomobili aşdı – Xəsarət alanlar var – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı–Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, QAZ-53 markalı odunla yüklü yük avtomobilinin sürücüsü — 1963-cü il təvəllüdlü, Ucar rayon sakini Nuriyev Ələddin Bəhərçin oğlu hərəkət istiqamətində olarkən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı fakt araşdırılır.