Üçüncü Dünya müharibəsi başlaya bilər – Lukaşenkobackend

Üçüncü Dünya müharibəsi başlaya bilər – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Son onilliklər ərzində planetdə elə bir ölkə və ya xalq yoxdur ki, özünü tam təhlükəsiz hiss etsin. Hərbi güc yenidən dünya mərkəzlərinin problemlərin həlli üçün əsas arqumentinə çevrilib”.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski münaqişəni dayandırmaq və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Ukraynaya silah təhvilinin zəruri olduğunu demişdi. Onun sözlərinə görə, Kiyevə yardım müharibənin başqa ölkələrə yayılmasının qarşısını alacaq.