Üçüncü dünya müharibəsi YAXINLAŞIRbackend

Üçüncü dünya müharibəsi YAXINLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü dünya müharibəsi riski yaxınlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto TASS-a müsahibəsində deyib.

Nazir tərəfdaşlara bu riski artıra biləcək hərəkət və bəyanatlardan çəkinməyə çağırıb. Bildirib ki, NATO-ya üzv olan ölkələrin Ukraynaya qoşun göndərməsi təhlükəlidir. Bu kritik vəziyyətdə təkcə hərəkətlər deyil, sözlər də böyük əhəmiyyət daşıyır.

Siyartonun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqların ən yaxın gələcəkdə başlamasına ehtiyac var. O, Rusiyanın bu müharibədə məğlub olmayacağını vurğulayıb.

Eyni zamanda qeyd edib ki, Qərbin silah tədarükü davam etdikcə Rusiya da ciddi uğur qazana bilməyəcək.