Uil Smit şillələdiyi aparıcıdan yenə üzr istədibackend

Uil Smit şillələdiyi aparıcıdan yenə üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud aktyoru Uil Smit “Oskar” mükafatının təqdimat mərasimində şillə vurduğu aparıcı, komediya ustası Kris Rokdan bir daha üzr istəyib.

NOCOMMENT.az xəbər verir ki, o, üzr videosunu “Youtube” platformasına yükləyib.

Aktyor hadisədən sonra kameralar qarşısına çıxmayıb. Videoda deyib ki, uzun müddət susması barədə düşünmək və baş verənləri həzm etmək istəyib.

İzləyicilərinin suallarını cavablandıran Smit Kris Rok və komediyaçının ailəsindən üzr istəyib. Smit mərasimdə baş verənləri və şillədən sonra dediyi sözləri xatırlamadığını, yaddaşının bulanıq olduğunu bildirib.

Xatırladaq ki, hadisə sonuncu “Oskar” mərasimi zamanı yaşanıb. Paracı Kris Rok aktyor Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna sərt reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.
Modern.az