Ukrayna ayda “on minlərlə” dron istehsal etdiyini açıqladıbackend

Ukrayna ayda “on minlərlə” dron istehsal etdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, Kiyev ayda on minlərlə PUA istehsal etməyi planlaşdırır, ilin sonuna qədər tempin artırılması planlaşdırılır. O, bu barədə Stokholmda keçirilən NATO sənaye forumunda bildirib.

“İlin sonuna qədər bu, ayda on minlərlə [dron] olacaq. Və bu, bizim adi döyüş sursatları və hərbi silahlardan daha sürətli hazırladığımız bir şeydir”.

Bununla belə, Kamışin Ukraynanın hazırda ayda neçə PUA istehsal etdiyini dəqiqləşdirməyib və qeyd edib ki, söhbət “bir neçə min ədəd”dən gedir.