Ukrayna: Baxmut cəbhəsində ruslar 2 kilometr geri çəkildibackend

Ukrayna: Baxmut cəbhəsində ruslar 2 kilometr geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy rus qoşunlarının Baxmut cəbhəsinin bəzi bölgələrində 2 kilometr geri çəkildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Sirskiy sosial media hesabından verdiyi açıqlamada Ukrayna əsgərlərinin Baxmut istiqamətində aparılan müdafiə əməliyyatlarının nəticələrini aldığını bildirib.

Bu istiqamətdə təsirli əks-hücum keçirdiklərini bildirən Sirski, “Cəbhənin bəzi yerlərində düşmən Ukrayna əsgərlərinin təzyiqinə tab gətirə bilməyib və 2 kilometr geri çəkilib” deyə açıqlama verib.

Sirski Ukrayna ordusunun 3-cü hücum briqadasının “rus qoşunlarına güclü zərbə vurduğunu və Ukrayna ordusunun gücünü nümayiş etdirdiyini” qeyd edib.

NOCOMMENT.AZ