NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Rosnano” Dövlət Korporasiyasının sabiq rəhbəri Anatoli Çubays və Rusiya Maliyyə Nazirliyinin keçmiş rəhbəri Aleksey Kudrin də daxil olmaqla, Rusiya vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında respublikanın Milli təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirib. Müvafiq sənəd Ukrayna liderinin rəsmi saytında yerləşdirilib.
Rusiya vətəndaşlığı olan 87 nəfərdən ibarət ikinci sanksiya siyahısına Rusiya rəsmiləri də əlavə edilib. Yuxarıda göstərilən şəxslərlə yanaşı, sənəddə Nijni Novqorod şirkətinin “RemEksStroy” MMC-nin baş direktoru Aleksandr Dorofeyev və “Qalaktika” MMC-nin baş direktoru Aleksandr German da var.