Ukrayna müharibəsinin birinci ili ilə bağlı Türkiyədən açıqlamabackend

Ukrayna müharibəsinin birinci ili ilə bağlı Türkiyədən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin birinci ili ilə bağlı bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada qeyd olunub:

“Bütün cəhdlərimizə baxmayaraq, bu gün Ukraynada düz bir il əvvəl başlayan müharibə hələ də davam edir. Təəssüf ki, bu müharibənin ağır bədəli təkcə iki ölkədə deyil, bütün dünyada hiss olunur. Biz hər platformada ədalətli və daimi şəkildə danışıqlar yolu ilə müharibə mümkün qədər tez başa çatdırılmalı olduğunu vurğulayırıq. Əvvəldən rədd etdiyimiz bu müharibəni Ukraynanın ərazi bütövlüyünü və suverenliyini bərqərar edəcək şəkildə sona çatdırmaq üçün hər cür dəstəyi və səyi davam etdirəcəyik”.

NOCOMMENT.AZ