Ukrayna niyə hərbi əməliyyat aparır? – Lukaşenkodan qəribə sözlərbackend

Ukrayna niyə hərbi əməliyyat aparır? – Lukaşenkodan qəribə sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Ukraynadakı əməliyyatının uzun müddət davam edəcəyini düşünmədiyini vurğulayan Lukaşenko müharibəni dayandırmaq üçün hər şeyi etdiyini iddia edib.

Lukaşenko Rusiyanın Ukraynadakı müharibəsini müdafiə etməsinə baxmayaraq, bunları da deyib:

“Hər şeyin rusların dediyi kimi plana uyğun getdiyini, yoxsa mənim hiss etdiyim kimi uzun zaman apardığını demək üçün bu məsələyə o qədər də hakim deyiləm. Bir dəfə daha vurğulamaq istəyirəm ki, bu əməliyyat çox vaxt aparır”.

O, Ukraynanın Rusiyanı təxribata çəkdiyini, amma Belarusun sülh tərəfdarı olduğunu bildirib:

“Heç bir müharibəni qəti şəkildə qəbul etmirik. Hər şeyi etmişik və edirik ki, müharibə olmasın. Sizin və mənim sayəmizdə Ukrayna ilə Rusiya arasında danışıqlar başlayıb. Bununla belə, ərazisində müharibə gedən Ukrayna niyə hərbi əməliyyat keçirir, niyə insanlar ölür və niyə Ukrayna danışıqlarda maraqlı deyil?”

Nüvə silahından istifadənin qəbuledilməz olacağını vurğulayan Lukaşenko Rusiyanın belə planlarının olub-olmadığını deyə bilməyəcəyini qeyd edib.
Teleqraf