Ukrayna Putinin şəxsi vəsvəsəsidirbackend

Ukrayna Putinin şəxsi vəsvəsəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin 359-cu günündə Kiyev administrasiyası müttəfiqlərinin pul, silah və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi tələblərini təkrarlayıb.

NOCOMMENT.az xəbər verir ki, Norveç və Latviya da Ukraynanı dəstəklədiklərini bildiriblər.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ukraynanı Rusiya prezidenti Vladimir Putinin “şəxsi vəsvəsəsi” adlandırıb.

Kuleba Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransındakı çıxışında, yalnız Rusiyada bir dəyişiklik olarsa, Ukraynaya sülhün gələcəyini və bunun uzun bir yol olacağını bildirib.

Ukraynanın özünü müdafiə etməyə davam etdiyini ifadə edən Kuleba, “Ukrayna Rusiya prezidenti Vladimir Putinin şəxsi vəsvəsəsinə çevrilib” deyə açıqlama verib.

NOCOMMENT.AZ