Ukrayna-Rusiya savaşı: Kiyev və Moskva necə sövdələşə bilər?backend

Ukrayna-Rusiya savaşı: Kiyev və Moskva necə sövdələşə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Rusiya ilə neytral ölkə statusuna və öz ərazilərində NATO-nun hücum silahlarının yerləşdirilməməsinə razılıq verə bilər”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son duruma diqqət çəkib: “Ukraynada müharibənin dayanması üçün Moskva və Kiyevin öz şərtləri var. Tərəflər necə sövdələşə bilər?

Rusiyanın maksimalist şərtləri

– Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli, rəsmən neytral status qəbul etməli, Rusiyanın təhlükəsizliyinə xələl gətirəcək addımlar atmamalıdır.

– Krımdan rəsmən imtina etməli, qondarma Luqansk və Donetsk Xalq Respublikalarını tanımalıdır.

– Rusiya biznesinə və Kreml tərəfdarlarının ölkədə fəaliyyət üçün tam imkanlar yaratmalıdır.

– Rus dilində tədris və digər fəaliyyətlərə tam şərait yaradılmalıdır.

Ukraynanın maksimalist şərtləri

– Rusiya qoşunları bütün Ukrayna ərazisindən, qondarma Luqansk və Donetsk Xalq Respublikalarından çıxmalıdır. Krımı geri qaytarmalıdır.

– Rusiya ilə Ukrayna ərazisində NATO-nun starteji hücum silahlarının yerləşdirilməməsi ilə bağlı məsələləri müzakirə etmək olar, Kiyev bununla bağlı öhdəlik götürə bilər.

– Rusiya Ukraynanın daxili işlərinə qarışmayacağı ilə bağlı öhdəliklər götürməlidir.

Rusiyanın razılaşa biləcəyi məsələlər

– Ukraynanın neytral ölkə statusu.

– Kiyevin qondarma Luqansk və Donetsk Xalq Respublikaları ilə danışıqlara başlamağa razılaşması, bu “respublikalar”a xüsusi statusun verilməsi.

– Rus dilində tədris və digər fəaliyyətlərə şərait yaradılması.

– Rusiya qoşunlarının Ukraynadan mərhələ-mərhələ çıxarılması, lakin qondarma Luqnask və Donetsk Xalq Respublikalarında hərbi hissələrin qalması.

– Rusiyaya qarşı sanksiyaların mərhələ-mərhələ zəiflədilməsi.

Ukraynanın razılaşa biləcəyi məsələlər

– Neytral ölkə statusu ilə bağlı məsələlərin müzakirəsi, NATO-nun hücum silahlarının yerləşdirilməməsi.

– Qondarma Luqansk və Donetsk Xalq Respublikaları ilə ölkənin fedarallaşmaması müqabilində, yerli idarəetmə imkanlarının verilməsinin müzakirəsi.

– Rusiya qoşunlarının mərhələ-mərhələ çıxması.

– Ukraynada qalacaq rus hərbiçlərinə nəzarət üçün beynəlxalq missiyanın yaradılması.

– Rus dili ilə əlaqədar məhdudiyyətlərin zəiflədilməsi”.