Ukrayna Rusiyaya məxsus yük gəmisini vurdu: Ölənlər varbackend

Ukrayna Rusiyaya məxsus yük gəmisini vurdu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rostov şəhərində yerləşən bir yük gəmisinə hücumu nəticəsində iki ekipaj üzvü həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Yuriy Slyusar öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna dronlarının zərbəsi nəticəsində yük gəmisində yanğın baş verib.

Gəmidə olan iki ekipaj üzvü ağır xəsarətlər alaraq ölüb, daha üç nəfər isə yaralanıb.

Yanğın təxminən 20 kvadratmetr ərazini əhatə edib və hazırda tam söndürülüb.