Ukrayna sərt karantinə keçirbackend

Ukrayna sərt karantinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq ediləcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Kiyev meri Vitaliy Kliçko bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunacaq.

Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanlara işə və ictimai yerlərə getməyə icazə veriləcək.

Yalnız peyvənd edilmiş və ya test vermiş valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər.

İctimai nəqliyyatda yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edə biləcək. Yoxlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılacaq.