Ukrayna Suriyada YPG ilə Rusiyaya qarşı hücum planlaşdırırbackend

Ukrayna Suriyada YPG ilə Rusiyaya qarşı hücum planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyindən sızan sənədlərdə Ukrayna ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Pentaqonun kəşfiyyat sənədlərinə görə, Kiyev terror təşkilatı YPG-nin nəzarətində olan “Suriya demokratik qüvvələri” vasitəsi ilə Rusiyaya hücum planı hazırlayıb.

Suriya Demokratik Qüvvələri isə planlaşdırma prosesində Ukraynadan təlim, hava hücumundan müdafiə sistemləri və məxfilik tələb edib. O, həmçinin nəzarətində olan ərazilər üzərindən Rusiyaya hücumları qadağan edib.

“Washington Post” qəzetinin xəbərinə görə, Türkiyənin də bu planlardan xəbəri olub.

Pentaqonun sənədlərində Ukrayna kəşfiyyatının hazırladığı planların dekabr ayında prezident Vladimir Zelenski tərəfindən rədd edildiyi bildirilib.

NOCOMMENT.AZ