Ukrayna tərəfi bunu təkzib etdi – “Putin yalan danışır”backend

Ukrayna tərəfi bunu təkzib etdi – “Putin yalan danışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Birləşmiş Qüvvələr Qrupu Rusiya prezidenti Vladimir Putinin Kupyansk və onun ətrafında Ukrayna qoşunlarının mühasirəyə alınması barədə açıqlamasını uydurma adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qrupun Telegram kanalında məlumat paylaşılıb.

“Kupyansk və onun ətrafında şiddətli döyüşlər gedir və işğalçı yaraqlılar şəhərin şimal hissəsində öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Bununla belə, Ukrayna qoşunlarının orada “mühasirəyə alınması” ilə bağlı istənilən iddialar heç bir faktiki məlumata əsaslanmayan sırf uydurma və fantaziyadır”, – məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya prezidenti Vladimir Putin yalan bəyanatlar verməklə “növbəti dəfə özünü gülünc vəziyyətə salmaq və öz generallarının hətta sadiq auditoriyasının və Rusiya elitasının belə inanmayacağı yalanlarını təkrarlamaq məcburiyyətindədir”.

Ukrayna mediası xatırladıb ki, Putin bundan əvvəl Ukrayna qoşunlarının Kupyansk və Krasnoarmeyskdə bloklanaraq mühasirəyə alındığı barədə yalan bəyanat vermişdi.

Kreml lideri bildirmişdi ki, “Ukraynanın siyasi rəhbərliyi mühasirədə olan vətəndaşlarının taleyi ilə bağlı qərar verməlidir… bir vaxtlar “Azovstal”da etdikləri kimi”.

Xatirə SADİQ