Ukrayna üçün yeni hərbi yardım PAKETİbackend

Ukrayna üçün yeni hərbi yardım PAKETİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Paketin həcmi 1 milyard krondur. Hərbi yardım paketinə atıcı silahlar üçün döyüş sursatları, ağır pulemyotlar, tank əleyhinə minalar və hava hücumundan müdafiə üçün raketlər daxildir.

Bundan əvvəl Danimarka hökuməti və parlamentdəki partiyaların böyük əksəriyyəti 7 milyard Danimarka kronu (1 milyard ABŞ dolları) məbləğində fondun yaradılması barədə razılığa gəliblər. Vəsait Ukraynaya mülki, hərbi və iqtisadi yardım üçün istifadə olunacaq.