Ukrayna Umerovun xaricdə qalmasının səbəbini AÇIQLADIbackend

Ukrayna Umerovun xaricdə qalmasının səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov 11-19 noyabr tarixlərində xarici səfərdədir və Türkiyə, Qətər, BƏƏ və ABŞ-ı əhatə edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukrayinska Pravda” qəzetinin sorğusuna cavabında bildirilib.

Agentliyin məlumatına görə, Umerov artıq Türkiyə və Qətərdə bir neçə görüş keçirib, o cümlədən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat direktoru İbrahim Kalın, Müdafiə Nazirliyi və Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşlər keçirib. BƏƏ-də yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlar aparılıb. Milli Təhlükəsizlik və Müdafiə Şurası səfərinin Amerika hissəsinin təfərrüatlarını açıqlamayıb.

Təyin olunduğundan bəri Umerov 12 xarici səfər edib və ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və bir neçə Avropa dövləti də daxil olmaqla ondan çox ölkəyə gedib.

Daha əvvəl mediada Rüstəm Umerovun Ukraynadakı korrupsiya qalmaqalı səbəbindən ölkəyə qayıtmaqdan imtina etdiyi iddia olunub. Bu məlumatlara görə, Umerov qərarını şəxsən Ukrayna prezidenti Volodimir Zelenskiyə bildirib.