Ukrayna və İspaniya təhlükəsizlik sazişi imzalayıbbackend

Ukrayna və İspaniya təhlükəsizlik sazişi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes və Ukrayna prezidenti Vladimir Zelenski Madriddə təhlükəsizlik sazişi imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Qeyd edək ki, mayın 27-də baş nazir Monkloa sarayında Ukrayna liderini qəbul edib.

Qəzetin vurğuladığı kimi, iki ölkənin liderləri “böyük əhəmiyyət kəsb edən” “siyasət və təhlükəsizlik haqqında” saziş imzalayıblar.

Sənədi imzaladıqdan sonra Sançes bildirib ki, İspaniya “münaqişənin əvvəlindən Ukraynaya sadiqdir”. O, həmçinin bildirib ki, Zelenskinin İspaniyaya səfəri Madridə “bütün sahələrdə” Kiyevə “möhkəm sadiqliyini” təsdiqləməyə imkan verir.

Nəşr qeyd edir ki, ikitərəfli təhlükəsizlik sazişinə 1,129 milyon avro dəyərində “Patriot” raketləri və “Leopard” tanklarının hərbi təchizatı da daxildir ki, bu da heç bir ölkəyə misli görünməmiş hərbi yardımdır.