Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub – FOTObackend

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.

Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.