Ukraynalı qadınlar cəbhədə iştirak etməyə hazırlaşırbackend

Ukraynalı qadınlar cəbhədə iştirak etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunda qadınların cəbhədə müxtəlif vəzifələrdə iştirak etmələri üçün hazırlıq prosesi davam edir.

NOCOMMENT xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukrayna ordusunun 60 mindən çox qadından ibarət 128-ci Karpat Dağ Hücum Briqadası hərbi fəaliyyətlər həyata keçirir.

Briqadada olan qadınlar da Zaporojye vilayətində cəbhə xəttində müxtəlif sahələrdə tapşırıqların yerinə yetirilməsi üçün hazırlıq işlərini davam etdirirlər.

Qadınlar, o cümlədən hərbi mətbuat xidmətinin əməkdaşları, səhiyyə ekspertləri və psixoloqlar üçün maarifləndirici tədbir təşkil edilib.

Tədbirin sonunda sözügedən qadınlara briqadaya aid olduqlarını bildirən beretlər təqdim olunub.