Ukraynanın F-16-lara ehtiyacı yoxdur – Baydenbackend

Ukraynanın F-16-lara ehtiyacı yoxdur – Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “ABC Nyus” kanalına açıqlamasında deyib.

Jurnalistin “bunu heç vaxt Ukraynaya F-16-lar verilməyəcək kimi başa düşmək olarmı” sualına cavabında Bayden qeyd edib ki, Ukrayna müdafiəsinin gələcəkdə nəyə ehtiyac duyacağını hələlik bilmək mümkün deyil:

“İndi bizim hərbçilərin fikrincə, Kiyevi F-16-larla təmin etmək üçün kifayət qədər əsas yoxdur”.

ABŞ lideri eyni zamanda qeyd edib ki, indi bir çox dövlət Ukrayna Silahlı Qüvvələrinə tanklar, artilleriya və hava hücumundan müdafiə vasitələri göndərirlər:

“Biz də hazırda təcrübəli hərbçilərimizin uyğun gördüyü texnikaları Ukraynaya göndəririk. Ehtiyac olan sadəcə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri və HİMARS-dır”.