Ukraynanın hücumları nüvə təhlükəsi yaradır- Peskovdan AÇIQLAMAbackend

Ukraynanın hücumları nüvə təhlükəsi yaradır- Peskovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva hesab edir ki, bütün tərəflər üçün Kiyevin Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmasının nüvə təhlükəsi yaratdığını başa düşmək vacibdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hər kəsin vəziyyətə ayıq nəzər salması və anlaması çox vacibdir ki, Ukrayna silahlı qüvvələri atom elektrik stansiyasını atəşə tutur, buna görə də onların hərəkətləri geniş ərazilər üçün nüvə, ekoloji və digər təhlükəsizlik təhdidləri yaradır. Bu, əlbəttə ki, bizdə böyük narahatlığa səbəb olur”,- Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hazırkı vəziyyətdə “öz işini görür”.

“MAQATE-nin bu atəş hücumlarının zavod üçün təhlükə yaratdığını təsdiqləməsi yaxşı haldır. Biz, əlbəttə ki, təəssüf edirik ki, agentliyin xüsusiyyətlərinə görə, MAQATE rəsmiləri atəş hücumlarının arxasında kimin olduğunu aydınlaşdırmaq səlahiyyətinə malik deyillər. Rusiya MAQATE ilə dialoqu davam etdirəcək”, – Rusiya prezidentinin sözçüsü fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri iki aylıq fasilədən sonra Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmağa başlayıb. Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri noyabrın 19-20-də obyektə azı 25 hərbi sursat atıb, onlardan biri nüvə yanacağının saxlanıldığı 2 saylı Xüsusi Binanın damına dəyib. Nazirlik əlavə edib ki, hücum edənlər cavab atəşi ilə susdurulub və elektrik stansiyasının ətrafında radiasiya səviyyəsi normal olaraq qalır.

Bildirək ki, Zaporojye AES Avropanın ən böyük fəaliyyət göstərən atom elektrik stansiyasıdır. Rusiya fevralın sonunda obyekti nəzarətə götürüb.
Sfera.az