UNICEF uşaqlar üçün öhdəliklərin yerinə yetirilmədiyini bildirdibackend

UNICEF uşaqlar üçün öhdəliklərin yerinə yetirilmədiyini bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) iqlim fondu öhdəliklərinə daxil edilsə də, uşaqların ehtiyacları üçün kifayət qədər vəsaitin ayrılmadığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, UNICEF çərçivəsində Uşaqların Ətraf Mühit Hüquqları Təşəbbüsünün (CERI) son hesabatında iqlim böhranının ağır yükünü daşımasına baxmayaraq, uşaqlar üçün iqlim fondunun öhdəliklərinin yerinə yetirilməməsinin “uğursuzluğuna” diqqət çəkilib.

Əsas qlobal fondların yalnız 2,4 faizinin uşaqlar üçün fəaliyyətləri dəstəklədiyinə diqqət çəkən hesabatda, 1 milyarddan çox uşağın iqlim böhranının təsirlərindən “son dərəcə yüksək risk” altında olduğu bildirilib

İqlimlə bağlı fəlakətlərin eyni zamanda uşaq əməyi, uşaq nikahları və məcburi miqrasiya hallarının artmasına, uşaqları insan alveri, gender əsaslı zorakılıq, sui-istifadə və istismar riskinə məruz qoyduğu vurğulanıb.

NOCOMMENT.AZ.