Universitetdə partlayış törətməkdə şübhəli bilinən 3 nəfər həbs edildibackend

Universitetdə partlayış törətməkdə şübhəli bilinən 3 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Zamoskvoretski Məhkəməsi Rusiya Xalqlar Dostluğu Universitetinin binasında terror aktı törətməyə cəhddə ittiham olunan üç gənci həbs edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Moskva şəhərinin Zamoskvoretski rayon məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı ilə Polyakov A.A., Demin M.D., Sergeev D.G.-yə qarşı həbs qətimkan tədbiri seçilib”.

Məhkəmədə hər üç müttəhimin 2024-cü ilin yanvar ayının əvvəlinə kimi həbs-qətimkan tədbirində qalacağını dəqiqləşdirərək deyiblər.