Urmiyada yaşayış binasında partlayış baş verib, ölənlər varbackend

Urmiyada yaşayış binasında partlayış baş verib, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.

Xilasetmə qüvvələri ərazidə çalışır.