Uşağı atıb-tutmaq, yırğalamaq ziyanlıdır?backend

Uşağı atıb-tutmaq, yırğalamaq ziyanlıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Körpə yaşda uşaqları atıb-tutmaq, yırğalamaq kimi hərəkətlərlə çoxları rastlaşıb. Bu, ailələrin bir çoxunda adət halını alıb. Uşaqları oynatmaq, əzizləmək, eləcə də rahatlanması üçün edilən bu kəskin hərəkətlərin hər hansı ziyanı varmı?

NOCOMMENT.az  pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

Görəsən uşağı göyə atıb-tutmaq, ayaqda yırğalamaq olarmı?

Çoxumuz beşik, nənni görmüşük, analar ayaqlarının üzərinə yastıq c qoyub yırğalayardılar ki, uşaq yatsın. Ancaq sonradan bu hərəkətin Sarsılmış Uşaq Sindromuna səbəb olduğu açıqlandı.

Sürətli hərəkətlər kiçik beyinin kəllə boşluğunun içində sümüklərə dəyərək qanaxmalara, silkələnmələrə, damar zədələnmələrinə səbəb olduğunu göstərdi. Daha çox 2 yaşdan kiçik uşaqlarda rast gəlinir, ancaq 5 yaşına qədər olan uşaqlarda da az görülmür.

Baxıcılar və ya valideynlər uşağa acıqlandıqda, qəzəblə silkələdikdə də bu əlamət görülə bilir. Sevmək məqsədilə göyə-atıb tutduqda da. Bu halda tuta bilməyəndə yerə düşüb, ağır travma alanlar, hətta ölən uşaqlar olur. Həmçinin bağırsaq dolanması, invaginasiya kimi hallar da ola bilər. Bu halda uşaq cərrahı əməliyyata məruz qalar.

Əgər dayə tutursunuzsa, psixi sağlamlıq və ruhi tarazlığından əmin olmağınız lazımdır. Uşaq qaz sancısı, refluks səbəbilə ağlaya bilər. Tualetini edə bilməyən uşağa qeyri-adekvat cavab verən dayələri evinizdən uzaqlaşdırın. Yaxın adamlarınızın da uşaqları belə əyləndirməsinə imkan verməyin.
E-tibb.az