ÜST-dən peyvəndlə bağlı ÇAĞIRIŞ: İlk 100 gündəbackend

ÜST-dən peyvəndlə bağlı ÇAĞIRIŞ: İlk 100 gündə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ölkədə peyvəndləmə proseslərinin başladığı bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinə əhəmiyyətli bir çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, Cenevrədə mətbuat konfransı keçirən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Qebreyesus dünya ölkələrinə müraciət edib.

“İlin ilk 100 günündə səhiyyə işçilərini və qocaları peyvənd edin”

Təşkilatın Baş direktoru Qebreyesus peyvəndlərin ədalətli paylanmasının vacibliyini də qeyd edib. Vaksinin aşağı və orta gəlirli ölkələrə bərabər paylanmasını istəyən Qebreyesus, əks halda dünyanın fəlakətli bir mənəvi uğursuzluğa düçar olacağını vurğulayıb.

Bu vəziyyətin dünya iqtisadiyyatına təsir edəcəyini bildirən ÜST rəsmisi bütün ölkələri məsuliyyətli olmağa çağırıb.