ÜST: “Hər 40 saniyədə bir nəfər intihar edir” – SƏBƏBbackend

ÜST: “Hər 40 saniyədə bir nəfər intihar edir” – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ÜST-ün Baş direktoru COVID-19-un yaratdığı narahatlıq və qorxunun milyonlarla insanın psixologiyasına mənfi təsir etdiyini deyib.

NOCOMMENT.az xəbər verir ki, ÜST-ün təşkil etdiyi videokonfrans vaxtı Tedros Qebreyesus, hər il 3 milyon insanın həddən artıq içki qəbulundan dünyasını dəyişdiyini və hər 40 saniyədə isə bir nəfərin intihar etdiyini bildirib.

İclasda az sayda insanın keyfiyyətli psixoloji yardım mərkəzlərinə müraciət etdiyi vurğulanıb.

Baş katib insanlarda psixoloji sarsıntının qayğı və qorxudan yarandığını bildirib.

Onun sözlərinə görə qocalar evi və ruhi dispanserlərdəki insanlar COVID-19 təhlükəsi ilə üz-üzədir.

O bildirib ki, hazırda 1 milyarda yaxın insanın psixoloji problemləri var.

Az və orta gəlirli ölkələrdə isə psixi, nevroloji problemi olan eyni zamanda narkotik maddə istifadəçilərinin 75 faizdən çoxunun heç bir köməklik ala bilmədiyi də qeyd olunub.
Sonxeber.az