ÜST siqaretin koronavirus xəstəliyinə təsirindən danışdıbackend

ÜST siqaretin koronavirus xəstəliyinə təsirindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siqaret çəkmək koronavirus infeksiyasının ağır formasının inkişafına səbəb olur və ölüm riskini artırır.

NOCOMMENT.az xarici mediyaya istinadən xəbər verir ki, bunu ÜST-nin Təcili Yardım Xidmətləri bölməsinin rəhbəri Mariya Van Kerkhove Cenevrədəki brifinqdə söyləyib.

O, Fransız həkimlərin siqaret çəkənlərin COVID-19-a yoluxma ehtimalının az olması ilə bağlı araşdırmasını şərh edərək bu fikirləri bildirib.”Tütünün zərərləri haqqında hamımız bilirik. Hər il milyonlarla insan siqaretdən ölür. COVID-19 tənəffüs xəstəliyidir və siqaret də ağciyərlərə zərər verir. Siqaretin xəstəliyin ağır bir formasının inkişafına, süni nəfəs aparatlarından aslılığa və ölüm riskinə səbəb olduğunu söyləyən araşdırmalar var. “