Üzərində qadağa qoyulmuş torpaqlar barədə məlumatlar reyestrdə əksini tapacaqbackend

Üzərində qadağa qoyulmuş torpaqlar barədə məlumatlar reyestrdə əksini tapacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar Tikintilərin Dövlət Reyestrində əksini tapacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”də əksini tapıb.

Fərmana əsasən, tikintilərin Dövlət Reyestri məlumatlarına aşağıdakılar aiddir:

– tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar;

– məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə məlumatlar.