Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötürbackend

Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür.

NOCOMMENT.az xəbər verir ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz açıb.

Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Lakin Ermənistanın silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində 50 hərbçimizin şəhid olması ilə əlaqədar Milli Musiqi Günü, habelə digər tədbirlər təxirə salınıb.