Vahid Avropa ordusu yaradılacaq? – Stoltenberq AÇIQLADIbackend

Vahid Avropa ordusu yaradılacaq? – Stoltenberq AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın vahid ordusunun yaradılmasına qarşı çıxıb.

NOCOMMENT.az xəbər verir ki, o, bildirib ki, Birləşmiş Avropa ordusu yaradılarsa, Şimali Atlantika Alyansının funksiyalarını təkrarlayacaq:

“NATO əsas struktur olmalıdır. Biz Avropa İttifaqının səylərini alqışlayırıq, o vaxta qədər ki, onlar Alyansla ilə rəqabət aparmır və ya onu təkrarlamır”.

Qeyd edək ki, Polşa və Yunanıstanın baş nazirləri Donald Tusk və Kiriakos Mitsotakis Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktub göndəriblər.

Onlar Avropa İttifaqı üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına başlamağı təklif ediblər. Bildirilib ki, sistem ittifaqın ümumi hava məkanını raketlərdən, təyyarələrdən və pilotsuz uçuş aparatlarından müdafiə etməlidir.