Vahid hava hücumundan müdafiə sistemi – Aİ-yə TƏKLİFbackend

Vahid hava hücumundan müdafiə sistemi – Aİ-yə TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və Yunanıstanın baş nazirləri Donald Tusk və Kiriakos Mitsotakis Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktub göndəriblər.

NOCOMMENT.az xəbər verir ki, onlar Avropa İttifaqı üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına başlamağı təklif ediblər.

Bildirilib ki, sistem ittifaqın ümumi hava məkanını raketlərdən, təyyarələrdən və pilotsuz uçuş aparatlarından müdafiə etməlidir.

Qeyd edək ki, Polşa Ukraynada gedən hərbi əməliyyatlara, Yunanıstan isə NATO üzvü Türkiyə ilə mümkün münaqişədən narahatdır. Afina NATO deyil, İttifaq daxilində hava hücumundan müdafiə sisteminin yaradılmasında maraqlıdır. Çünki bu halda Türkiyə vahid məkana daxil olmayacaq.